ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Bu gün dərman qiymətləri ilə bağlı ciddi suallar və narahatlıqlar yaranır. Dərmanların qiymət baxımından daha əlçatan və əhalinin sosial vəziyyətinə uyğun olması üçün ölkə daxilində dərman zavodlarının fəaliyyətə başlaması vacibdir. Yerli istehsal genişləndikcə, qiymətlər də daxili bazarın imkanlarına uyğun formalaşır və dərmanlar vətəndaşlar üçün daha münasib olur".Bunu Demokrat.az-a açıqlamasında farmakoloq Aydın Əliyev deyib. O, bildirib ki, hazırda dərmanların böyük əksəriyyəti xaricdən idxal olunur və xarici ölkələrdə baş verən inflyasiya birbaşa olaraq dərman qiymətlərinə təsir edir:"Bu halda dövlətin, xüsusilə Tarif Şurasının əsas vəzifəsi dərman qiymətlərini əhalinin sosial vəziyyəti nəzərə alınmaqla tənzimləməkdir. Qiymətlər insanların sağlamlıq hüququna zidd olmayacaq səviyyədə müəyyən edilməlidir".Ekspert bildirib ki, bəzi hallarda qiymətlərin xarici şirkətlərdən asılı olması, eləcə də qeyri-qanuni yollarla ölkəyə gətirilən dərmanların bazara daxil olması istehlakçılara zərər vurur:"Bu sahədə nəzarət gücləndirilməli, şəffaf və ədalətli qiymət mexanizmi formalaşdırılmalıdır ki, insanlar dərmanlardan düzgün və təhlükəsiz şəkildə istifadə edə bilsinlər".Onun sözlərinə görə, eyni zamanda, vətəndaşların da məsuliyyəti var:"İstənilən aptekdə dərman alarkən onun istehsalçısı, qiyməti və keyfiyyəti ilə maraqlanmaq, müqayisə aparmaq vacibdir. İnsanlar bilməlidir ki, dövlət onların sağlamlığının qorunması üçün dərman təminatı sahəsində də zəruri addımlar atır və bu prosesdə həm nəzarət, həm də maarifləndirmə əsas rol oynayır".Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.