AZ

Gəncədə aptekdən 1500 manatlıq dərman oğurlanıb

Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Gəncədə fəaliyyət göstərən "Zeytun 60” aptekində oğurluq baş verib. 

Qaynarinfo-nun məlumatına görə, aptekdən 1511 manat dəyərində dərman və təzyiq ölçən aparat oğurlanıb. 

Aptekin sahibi hadisə barədə polisə məlumat verdikdən sonra cinayəti törətməkdə şübhəli bilinən Sahib Əsgərov (şərti) saxlanılıb. O, saxlanılarkən üzərindən təmiz çəkisi 0,732 qram psixotrop maddə olan metamfetamin götürülüb. 

Sahib Əsgərov saxlanıldıqdan sonra ona Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə ttiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Cinayət işinə Gəncə Şəhər Məhkəməsində Liza Xanməmmədovanın sədrliyi ilə baxılıb. 

Məhkəmə zamanı Sahib Əsgərov verilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, iddia edib ki, hər dəfə sözügedən aptekdən nisyə dərman alır, daha sonra pulunu verirmiş. O, aptekdən oğurluq etmədiyini, sadəcə nisyə dərman götürdüyünü deyib. 

Lakin zərərçəkən ona nisyə dərman vermədiyini, ümumiyyətlə, bu şəxsin vaxtarışı aptekə gələrək dərman almadığını bildirib. 

Məhkəmənin hökmü ilə  Sahib Əsgərov 4 il müddətinə azadlıqdan məhrum edilib. 

Seyid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
qaynarinfo.az

1Mənbələr