Rusiyanın "Utair" aviaşirkətinə məxsus olan və Dubaydan Moskvaya uçan təyyarə fəlakət siqnalı verib.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
"Təyyarə artıq 1,5 saatdır BƏƏ paytaxtının səmasında dövrə vurur. Bu barədə "Flightradar" xidmətinin məlumatlarından bəlli olur", - məlumatda deyilir.
Nəşrlər xidmətin məlumatlarına istinad edərək bildirir ki, Bakı vaxtı ilə saat 18:27-yə olan məlumata görə təyyarə Dubay ətrafında səmadadır.