Bakı.Trend:
Azərbaycanda son dövrlərdə, xüsusən paytaxt Bakı və irişəhərlərdə daşınmaz əmlak qiymətləri əhəmiyyətli dərəcədə artıb. Buyüksəliş şəhər infrastrukturunun inkişafı, yüksək tələbin olması vəxarici sərmayələrin artması ilə əlaqədardır. Qiymət artımı xüsusiləmənzil və torpaq sahələrində müşahidə olunur və bu, yerli sakinlərüçün mənzil almağı çətinləşdirir. Eyni zamanda əmlak bazarına olanmaraq həm yerli, həm də xarici investorları cəlb edir. Lakin qiymətartımının sosial təsirlərini azaltmaq üçün əlavə tədbirləringörülməsi vacibdir.
Bu il daşınmaz əmlak bazarında qiymət artımıaktuallığını qoruyacaqmı?
Mövzu ilə bağlı Trend-ə açıqlamasında Azərbaycan QiymətləndiricilərCəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, 2026-cı ildə də daşınmazəmlak qiymətlərində artımı müşahidə edəcəyik. Bunun əsas səbəbiondan ibarətdir ki, tikintiyə çəkilən xərclər durmadan artır:
“Həm manatın alıcılıq qabiliyyətindəki fərqlər, həm də işçiqüvvəsinin əməkhaqqı artımı və yanacaq qiymətlərinin yüksəlməsitikinti xərclərinin artmasına səbəb olacaq. Bu isə daşınmaz əmlakınhazırda qızıla bərabər olan yeganə investisiya vasitəsi kimi dahada cazibədar hala gəlməsinə gətirib çıxarır. Həm biznesmenlər, həmdə adi vətəndaşlar daşınmaz əmlakı ən əlverişli yatırım sahəsi kimiqəbul edirlər. Daşınmaz əmlak illik olaraq dəyərini artırır və eynizamanda gəlir gətirən potensiala malikdir”.
V. Oruc torpaq sahələrinin, bağ evlərinin və qeyri-yaşayışobyektlərinin qiymətlərinin dəyişməsi məsələsinə də toxunub:
“Torpaq sahələri daim azalır. Üzərində tikinti aparılması vəəhali sayının artması torpaq sahələrinin daha da azalmasına səbəbolur. Bu isə torpağa olan tələbatın artması ilə qiymətlərinyüksəlməsinə gətirib çıxaracaq.
Xəzər dənizinə yaxın ərazilərdəki evlərin qiymətində artımmüşahidə ediləcək. İcarə bazarında müəyyən bir durğunluq yaranarsavə müştərilərin sayında azalma baş verərsə, qeyri-yaşayışobyektlərinin satış qiymətləri bu il stabilləşməyə meyilliolacaq”.
O qeyd edib ki, Bakı şəhərinin Baş Planı 2040-a əsasən, şəhərintarixi mənzərəsini saxlamaq şərtilə müasirləşmə istiqamətindəlayihələrin həyata keçirilməsi məqsədilə bir çox köhnə binalarınsökülməsi, yeni parkların salınması, ümumilikdə tikinti işlərininaparılmasına səbəb olacaq:
“Tikintinin maya dəyərinin artması nəzərə alındıqda, mənzilbazarında qiymət artımının baş verəcəyi aydın görünür. Köhnə mənzilbazarında isə qiymətlər daha az və fasiləli dinamika ilə artabilər. Ümumilikdə, daşınmaz əmlak bazarındakı qiymət artımını faizolaraq proqnozlaşdırmaq çətindir, çünki bu, bir sıra faktorlardan,o cümlədən makro-iqtisadi göstəricilərin təzahüründən, dünyabazarında neftin qiymətindən, ölkə iqtisadiyyatının inkişafsəviyyəsindən, qarşıdakı maliyyə problemlərindən və onların həlliyollarından, bankların kredit vermə imkanlarından və vətəndaşlarıniqtisadi fəallığından asılıdır. Bu faktorların hamısı daşınmazəmlakın qiymətinə təsir göstərə bilər”.
Onun sözlərinə görə, 2025-ci ilin sonunda daşınmaz əmlakbazarında aktivlik müşahidə olunub.
“Vətəndaşlar 2025-ci ildə əldə etdikləri kapital yığımını əsasənilin sonunda daşınmaz əmlaka yönəldiblər. 2026-cı ildə maliyyəalətləri yenilənmədikdə, yəni fond birjaları aktivləşmədikdə və yasəhm bazarı formalaşmadıqda, insanlar üçün alternativ investisiyaistiqamətləri təklif olunmadıqda, daşınmaz əmlak qiymətindəazalmanın ehtimalı sıfıra yaxın olacaq”,- deyə o əlavə edib.