İranda etirazçılar İlam əyalətinin Bənhalan kəndindəki bir ziyarətgaha vandalizm ediblər.
Publika.az xəbər verir ki, bu barədə Mehr xəbər agentliyi məlumat yayıb.
"Bu gecə Bədr bölgəsindəki müqəddəs yerlərə hücum edən etirazçılar Banhalan kəndində imamların nəslindən olan Abbasın məqbərəsini yandırdılar", - deyə məlumatda bildirilir.
Qeyd edilib ki, iğtişaşçılar talan törədiblər və məqbərənin içini yandırıblar.
Xatırladaq ki, İranda etirazlar 2025-ci il dekabrın sonlarında yerli valyuta olan rialın devalvasiyası səbəbindən başlayıb. Bundan sonra İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Fərzin istefa verib. Onun yerinə Əbdülnasir Hemmati təyin edilib.