Maliyyə naziri Sahil Babayevə yeni müavin təyin edilib.

KONKRET.az-ın məlumatına görə, müvafiq sərəncam Prezident İlham Əliyev tərəfindən bu gün imzalanıb.

Sözügedən vəzifəyə Natiq Həsənov gətirilib.

Qeyd edək ki, Natiq Həsənov 2018-ci ildən 2025-ci ilədək Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini, 10 mart 2025-ci il tarixdən 8 yanvar 2026-cı ilədək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının rəhbəri vəzifələrində çalışıb.