AZ

Ruslar Ermənistanı seçir

2025-ci ildə Ermənistana gələn turistlərin sayı 2024-cü illə müqayisədə 2,5% artıb.

Azreform.info -ın verdiyi məlumata görə, ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan bunu bildirərək, rusların aparıcı turistlər arasında olduğunu qeyd edib.

Eyni zamanda, ziyarətçilər arasında lider mövqe tutmalarına baxmayaraq, rusiyalı turistlərin payı 2023-cü illə müqayisədə 41%-ə düşüb.

Onun sözlərinə görə, digər ölkələrdən turist axınını inkişaf etdirməklə yanaşı, rusiyalı qonaqların sayını qorumaq və artırmaq vacibdir.

Papoyan qeyd edib ki, 2030-cu ilə qədər Ermənistan xarici turistlərin sayını ən azı 3 milyona, yerli turistləri isə 4,5 milyona çatdırmağı planlaşdırır.

Seçilən
23
2
azreform.info

3Mənbələr