“Qalatasaray” “Real"ın ulduzu üçün rəsmi danışıqlara başlayıb.
Offsideplus.az xəbər verir ki, onlar müdafiəçi Antonio Rüdigerlə yaxından maraqlanır. Məlumata görə, İstanbul təmsilçisi alman futbolçunun transferi üçün Madrid klubuna rəsmi təklif təqdim edib.
Lakin Antonio Rüdigerin mövqeyi dəyişməz qalır. Təcrübəli müdafiəçi “Real Madrid”də qalmaq niyyətindədir və klubu tərk etməyi düşünmür. Klub daxilində isə onun liderlik keyfiyyətləri yüksək qiymətləndirilir.