AZ

ABŞ vətəndaşlarını İrana səfər etməməyə çağırıb

Dövlət Departamenti ABŞ vətəndaşlarını İrana səfər etməməyə çağırıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, çağırış Dövlət Departamentinin farsdilli “X” səhifəsində yerləşdirilib.

Çağırışda ABŞ-ın Tehranda səfirliyinin olmadığı xatırladılıb, eyni zamanda, qeyd edilib ki, ABŞ vətəndaşları terrorizm, adam oğurluğu və ədalətsiz həbslər də daxil olmaqla, İranda ciddi risklərlə üz-üzədirlər.

“Öz təhlükəsizliyinizi qorumaq üçün heç bir vəchlə İrana səfər etməyin”, – Dövlət Departamenti xəbərdarlıq edib.

Seçilən
29
11
nocomment.az

10Mənbələr