AZ

Ukraynanın Amerikadan aldığı F-16 qırıcı təyyarələrindən dördü “itib”

Ukraynanın Amerikadan aldığı F-16 qırıcı təyyarələrindən dördü itib. Bu barədə 6 yanvar tarixli “The War Zone” qəzetində Ukrayna F-16 pilotlarının hekayələrini özündə əks etdirən məqalədə məlumat verilir.

Nəşr Amerika qırıcılarının dəqiq necə itdiyini dəqiqləşdirməyib, lakin “müxtəlif hadisələrə” istinad edib. Ukraynalı pilotlarla söhbətdən sonra jurnalist belə bir nəticəyə gəlib ki, “yerdə” itkilərin qarşısını almaq üçün F-16-lar müntəzəm olaraq müxtəlif yerlərə, o cümlədən ikinci dərəcəli uçuş-enmə zolaqlarına və ehtimal ki, magistral yollara yerləşdirilir.
Ukraynalılardan biri F-16-ların “düşmənin gözləmədiyi yerlərdə” yerləşdirilə biləcəyini deyib.

Təyyarələr daim yenidən yerləşdirilir və bu da düşmənin yerlərini müəyyən etməsini çətinləşdirir. Ümumilikdə, pilot F-16-nı “çox təsirli” qırıcı kimi təsvir edib, onun silahlarını və hədəf sistemlərini tərifləyib. Nəşr vurğulayır ki, Ukraynaya verilən avadanlıq ən müasir deyildir, buna görə də Ukrayna F-16 pilotları indiyə qədər düşmənin pilotlu təyyarələri üzərində hava qələbələri qazana bilməyiblər.

Ukrayna ordusu əsasən Qərb təyyarələrindən hava hücumundan müdafiə və yerdəki rus işğalçı mövqelərinə zərbələr endirmək üçün istifadə edir.

//Samir Qurbanov, Editor.az

Seçilən
57
editor.az

1Mənbələr