AZ

Azərbaycan və İordaniya enerji əməkdaşlığının perspektivlərini müzakirə ediblər



Azərbaycanın Əmmandakı səfiri Şahin Abdullayevlə İordaniyanın energetika və faydalı qazıntılar naziri Saleh Ali əl-Xarabşeh arasında görüş keçirilib.

Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycanın İordaniyadakı səfirliyinin "X"dəki paylaşımında qeyd olunub.

"Görüş zamanı Azərbaycan-İordaniya münasibətləri, həmçinin energetika sektorunda gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib", - məlumatda deyilir.

Bundan əlavə, Azərbaycanın səfiri İordaniyanın rəqəmsal iqtisadiyyat və sahibkarlıq naziri Sami Smeirat ilə görüşüb. Onlar ikitərəfli münasibətləri və rəqəmsal iqtisadiyyat və innovasiyalar sahəsində əməkdaşlığı müzakirə ediblər.

Anar
Seçilən
51
2
newscenter.az

3Mənbələr