Rusiya Prezidenti Vladimir Putin məhkum edilmiş Fransa vətəndaşı Loran Vinatyeri ( Rusiyada xarici agent kimi tanınır ) əfv edib.
Publika.az xəbər verir ki, bu barədə TASS FSB-yə istinadla məlumat yayıb.
"Rusiya Federasiyası Prezidentinin fərmanı ilə əfv edilib", - agentliyin açıqlamasında deyilir.
Fransa vətəndaşı haker şəbəkəsində iştirak etməkdə şübhəli bilinən rusiyalı basketbolçu Daniil Kasatkinlə dəyişdirilib. Kasatkin ABŞ-ın tələbi ilə Paris hava limanında saxlanılıb .