Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Goranboy–Tərtər yolunun rayonun Veyisli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan avtomobil yolu keçmək istəyən Kəlbəcər rayon sakini, hazırda Veyisli kəndində yaşayan 1947-ci il təvəllüdlü E. Həsənovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov