AZ

Göyçaydakı heyvan satışı bazarının yaxın günlərdə açılışı olacaq - FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının qərarına əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan satışı bazarlarının baytarlıq-sanitariya tələblərinə uyğunlaşdırılması sahəsində ardıcıl tədbirlər davam edir. Göyçay rayonundakı heyvan bazarında biotəhlükəsizlik və müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işləri aparılıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, bazar ərazisində asfalt-beton örtüyü salınıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün rampalar və çardaqlar quraşdırılıb, kanalizasiya sistemləri yenilənib, baytar həkimin daimi nəzarətini həyata keçirməsi üçün xüsusi məntəqə inşa edilib.

Eyni zamanda, baytarlıq baxışı zamanı xəstəlik əlamətləri aşkarlanan heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar yaradılıb. Bazarın giriş və çıxış hissələrində dezbaryerlər quraşdırılıb, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri müasir tələblərə uyğun şəkildə yenidən qurulub.

Bununla yanaşı, qida təhlükəsizliyi və sanitariya normalarının təmin edilməsi məqsədilə bazar ərazisində fəaliyyət göstərən iaşə obyektləri ərazidən kənara çıxarılıb. Yaxın günlərdə Göyçayda heyvan satışı bazarının açılması məsələsinə baxılacaq.

Daha ətraflı məlumatı linkdən əldə etmək olar.

https://youtu.be/6JBQKTUfews

Seçilən
113
9
sia.az

10Mənbələr