AZ

Azərbaycan ilbizləri Avropa bazarlarında peyda olacaq

Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Avropa İttifaqı bazarlarına ilbiz ixracına başlayıb.

Qida Təhlükəsizliyi Agentliyindən Ölkə.Az-a verilən məlumata görə, Salyan rayonunun Şorsulu kəndində yerləşən ilbiz istehsalı müəssisəsi qeydiyyata alınıb.

Müəssisənin ixracı ilə bağlı məlumatlar artıq Avropa İttifaqının TRACES (Ticarət Nəzarəti və Ekspert Sistemi) elektron platformasında yerləşdirilib.

Xatırladaq ki, əvvəllər qurbağa ayaqlarının Azərbaycandan Avropaya ixracına icazə verilmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
1
olke.az

2Mənbələr