Ajans.az xəbər verir ki, hadisə Ağcabədi rayon ərazisində yerləşən meşə massivində qeydə alınıb. Məlumata görə, tapılan kişi meyitinin Ağsu rayon sakini, 2008-ci il təvəllüdlü Xasayev Çingiz Gündüz oğluna məxsus olduğu müəyyən edilib. İlkin araşdırmalar zamanı məlum olub ki, Ç. Xasayev sözügedən meşəlik ərazidə yerləşən fermalardan birində çoban işləyirmiş. Faktla araşdırma aparılır.