AZ

Tiflis Azərbaycan benzininin tranzitinə görə ödəniş alacaq

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Gürcüstan Azərbaycan benzininin Ermənistana sayca ikinci tranziti üçün ödəniş alacaq.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediasında məlumat yer alıb.

Bildirilir ki, bunu “Mega Trade” şirkətinin direktoru Karen Ayriyan bildirib. Onun sözlərinə görə, ikinci tranzitdə Azərbaycandan “Premium” və “Regular” benzin idxal olunacaq.

“Tranzit üçün ödəniş benzinin qiymətinə ciddi təsir göstərməyəcək, qiymətə əsas təsiri valyuta dalğalanmaları və dünya bazar qiymətləri göstərir”, – o bildirib.

Məlumat üçün bildirək ki, Azərbaycan yanacağının Ermənistana əsas idxalçıları “Mega Trade” və “Shisha World” şirkətləridir.

Qeyd edək ki, Azərbaycan yanacağının Ermənistana ilk tranziti üçün Gürcüstan tranzit haqqı almamışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
109
16
axar.az

10Mənbələr