AZ

Putinin xüsusi nümayəndəsi könüllülər koalisiyası nın görüşündən bir gün sonra Parisdə görülüb

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Ukrayna, ABŞ və Aİ ölkələrindən olan nümayəndə heyətləri arasında görüşlərdən bir gün sonra Fransa paytaxtında görülüb.

APA-nın Rusiya bürosu "ЕЖ" (keçmiş Brief) teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, 7 yanvarda Rusiya prezidentinin xüsusi nümayəndəsi Yelisey Sarayının yaxınlığında yerləşən ABŞ səfirliyini ziyarət edib.

Qeyd edək ki, yanvarın 6-da Parisdə "könüllülər koalisiyası"nın görüşü olub. Görüşdə Ukrayna üçün Təhlükəsizlik Zəmanətləri Bəyannaməsi imzalanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
3
apa.az

4Mənbələr