ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniya prezidenti Frank-Valter Ştaynmayer ABŞ-ın Donald Trampın rəhbərliyi ilə apardığı xarici siyasəti sərt tənqid edib.
Globalinfo.az xəbər verir ki, Ştaynmayer dünya dövlətlərinə xəbərdarlıq mesajı göndərib.
O bildirib ki, qlobal nizam talançıların yuvasına çevrilməməlidir. Çünki vicdansız insanlar istədiklərini əldə edirlər.
Ştaynmayerin bu qeyri-adi sərt çıxışı Venesuela prezidenti Nikolas Maduronun devrilməsi ilə bağlı olub. O bildirib ki, dünya demokratiyası heç vaxt indiki qədər təzyiq altında olmayıb.
Rusiya tərəfindən Krımın ilhaqını və Ukraynaya qarşı genişmiqyaslı müharibəni tarixi dönüş nöqtəsi adlandıran Ştaynmayer ABŞ-ın davranışını ikinci mühüm qlobal sarsıntı olaraq qiymətləndirib.
“Ən mühüm tərəfdaşımız olan ABŞ tərəfindən bu nizamın dəyərlərinin aşınması prosesi baş verir. Halbuki bu düzəni qurmağa məhz onlar kömək etmişdi. Bu, dünyanın güclü dövlətlərin şəxsi mülkiyyəti kimi qəbul edildiyi və ən prinsipsiz aktorların istədiklərini aldığı bir məkana çevrilməsinin qarşısını almaq məsələsidir,” — deyə Ştaynmayer vurğulayıb.
Onun sözlərinə görə, bu cür təhlükəli şəraitlərdə fəal müdaxilə və Braziliya, Hindistan kimi ölkələrin qlobal nizamı müdafiəyə təşviq edilməsi vacibdir.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.