AZ

Ararat Mirzoyan İran xarici işlər nazirinin müavini ilə "Tramp yolu"nu müzakirə etdi

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan siyasi məsləhətləşmələri aparmaq üçün İrəvana səfər edən İran xarici işlər nazirinin müavini Məcid Taxt Rəvançini qəbul edib.

Bakupost.az xəbər verir ki, görüşdə Ermənistan və İran arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Ararat Mirzoyan və Məcid Taxt Rəvançi regional infrastrukturun açılması məsələləri, o cümlədən "Tramp yolu" ilə bağlı fikir mübadiləsi aparıblar. Mirzoyan infrastrukturun açılmasının fundamental prinsiplər çərçivəsində mümkün olacağı barədə Ermənistanın açıq mövqeyini təkrarlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
62
3
www.bakupost.az

4Mənbələr