AZ

2026 ci il qlobal miqyasda GƏRGİN OLACAQ Politoloqdan AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Dünyada mövcud vəziyyət olduqca gərgindir və bu şəraitdə hər hansı dövlətin öz siyasi, iqtisadi və hərbi təhlükəsizliyini təmin edə bilməsi böyük uğur hesab olunur. Azərbaycan 2025-ci ildə məhz bu baxımdan mühüm nəticələr əldə edib. Ən vacib məqam isə ölkənin təhlükəsizlik sisteminin kompleks şəkildə, iqtisadi, siyasi və hərbi istiqamətlər üzrə qorunmasıdır".Bunu Demokrat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. O, bildirib ki, 2026-cı ilin qlobal miqyasda asan il olmayacağı artıq indidən görünür:"Dünyanı çətin, böhranlı proseslər gözləyir. Lakin bu fonunda dövlətin aydın strategiyası və fəaliyyət proqramı mövcuddur. Qarşıya qoyulan əsas hədəflərdən biri də gələcək nəsillər üçün vacib olacaq fundamental addımların atılmasıdır. Bu gün beynəlxalq hüququn effektivliyi ciddi sual altındadır, amma bu o demək deyil ki, dövlətlər öz təhlükəsizliklərini təmin etməməlidirlər. Əksinə, hüquqi mexanizmlər, tərəfdaşlıq və əməkdaşlıq formatları vasitəsilə risklər minimuma endirilməlidir".Politoloq bildirib ki, qarşıda həm qlobal iqtisadi böhran ehtimalları, həm də geosiyasi gərginliklər fonunda ciddi sınaqlar var:"Bu proseslər istər daxili, istərsə də xarici siyasətə birbaşa təsir göstərə bilər. Buna baxmayaraq, Azərbaycanın bu çağırışları uğurla adlaya biləcəyinə inam var. Dövlətin alternativ fəaliyyət planlarının mövcudluğu ən kritik anlarda çevik qərarların qəbuluna imkan yaradır".Onun sözlərinə görə, nəticə etibarilə, 2026-cı il dünya üçün böhranlı ola bilər, lakin Azərbaycan bu sınaqlara hazır olmalıdır və görünən odur ki, hazırdır:"Ən önəmli prioritetlərdən biri isə sülh müqaviləsinin imzalanması və regionda dayanıqlı sülhün təmin olunması istiqamətində atılacaq addımlardır. Bu, həm regional sabitlik, həm də ölkənin uzunmüddətli təhlükəsizliyi üçün həlledici əhəmiyyət daşıyır".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
demokrat.az

1Mənbələr