AZ

Suriya ordusu qeyri-qanuni silahlı birləşmələrə qarşı əməliyyatlarını genişləndirib

Bakı. Trend:

Suriya ordusu Hələbin Şeyx Maqsud və Əşrəfiyyə rayonlarındamöhkəmlənmiş Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşıəməliyyatlarını genişləndirib.

Trend xəbər verir ki,silahlıların sığınacaqları və komanda mərkəzləri məhv edilib.

Suriya ordusu əməliyyatlarda mülki əhali arasında itkiləriminimuma endirmək üçün onların təxliyəsini təşkil edib. Hələbdənçıxmaq istəyənlər üçün qaynar xətt yaradılıb. Bildirilir ki,şəhərdən indiyədək 142 mindən çox sakin çıxarılaraq sığınacaqlardayerləşdirilib.

Məlumat verilir ki, SDQ-nin mülki yerləri atəşə tutmasınəticəsində ölən və yaralananlar var. Hələb Səhiyyə İdarəsininsözçüsü Munir Əhməd bildirib ki, qeyri-qanuni silahlı qüvvələrinşəhəri atəşə tutmaları nəticəsində 9 sakin ölüb, 52 nəfəryaralanıb.

Qeyd edək ki, SDQ-nin silahlarını təhvil vermələri və vahidSuriya ordusuna inteqrasiyası üzrə keçirilən danışıqlar nəticəsizyekunlaşıb.

Seçilən
117
3
az.trend.az

4Mənbələr