AZ

Makron Trampa qarşı: ÜST gücləndirilməlidir

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sammiti bu ilin aprel ayında Lion şəhərində keçiriləcək.

Redaktor.az xəbər veir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında fransız səfirləri ilə keçirilən müşavirədə bildirib.

"ÜST-nin təzyiq və təhdidlərə məruz qaldığı bir vaxtda onun gücləndirilməsi, həmçinin bütün ölkələrin hədəf fondlarının apreldə Lionda keçiriləcək sammitdə birləşdirilməsi effektiv çoxtərəfli əməkdaşlığın müdafiəsində əsas məqam olacaq", - o deyib.

Makron Fransanın beynəlxalq gündəliyində səhiyyə məsələlərinə xüsusi diqqət ayırmaq niyyətində olduğunu vurğulayıb.

2025-ci ildə ABŞ Prezidenti Donald Tramp ölkəsinin BMT sistemi çərçivəsində bir sıra təşkilatlardan, o cümlədən ÜST, YUNESKO, BMT İnsan Hüquqları Şurası və Fələstin qaçqınlarına yardım və işlərin təşkili üzrə BMT Yaxın Şərq Agentliyindən (BAPOR) çıxacağını və onların maliyyələşdirilməsini dayandıracağını elan etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
76
7
redaktor.az

8Mənbələr