AZ

Marinera gəmisindəki Gürcüstan vətəndaşlarının saxlanılması araşdırılır

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yanvarın 7-də Atlantik okeanda ABŞ tərəfindən ələ keçirilmiş Rusiya bayrağı altında üzən "Marinera" tankerində olan Gürcüstan vətəndaşları ilə bağlı araşdırma aparılır.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyindən bildirilib.

Agentlik gəmini istismar edən şirkəti müəyyənləşdirir və ekipaj üzvləri barəsində informasiya əldə edir.

Qeyd edək ki, gəmi heyətinin kapitan da daxil olmaqla 6 üzvünün Gürcüstan vətəndaşı olduğuna dair məlumatlar yayılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
97
4
redaktor.az

5Mənbələr