AZ

16 yaşlı İgidin ölümünə görə dayısı cəzalandırıldı

Ötən ilin sentyabrında Astarada baş vermiş ağır yol nəqliyyat hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Publika.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Çayoba kəndində qeydə alınmış hadisəyə görə 1991-ci il təvəllüdlü sürücü Aslan Qasımova hökm oxunub.

Bildirilib ki, o, hadisə baş verən gün 16 yaşlı bacısı oğlu İgidlə birgə VAZ-2107 markalı minik avtomobili ilə toy məclisindən evə qayıdırkən idarəetməni itirərək, maşını yol kənarındakı su kanalına aşırıb. Hadisə zamanı zərbənin təsirindən yeniyetmə avtomobilin ön şüşəsindən çıxaraq yola düşüb və aldığı xəsarətlərdən ölüb.

Mərhumun anası məhkəmədə hadisəni törətmiş qardaşından şikayətçi olmadığını bildirib.

Seçilən
30
6
publika.az

7Mənbələr