AZ

​Türkiyə Suriya ordusuna dəstək verə bilər

Türkiyə Suriya ordusuna dəstək verə bilər. Metbuat.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin Zeki Aktürk belə açıqlama verib. O, Suriya ordusunun Hələbdə həyata keçirdiyi hərbi əməliyyatlardan danışarkən bildirib ki, Suriya dəstək istəsə, Türkiyə lazımi dəstəyi verəcək. Sözçü bəyan edib ki, Türkiyə Suriyanın birliyini və ərazi bütövlüyünə əsaslanan terror təşkilatlarına qarşı mübarizəsini dəstəkləyir. Onun sözlərinə görə, Hələbdəki hərbi əməliyyatlar tamamilə Suriya ordusu tərəfindən həyata keçirilir.

Qeyd edək ki, Suriya ordusu Hələbdə PKK terrorçularından ibarət “Suriya demokratik qüvvələri”nə qarşı hərbi əməliyyatlar həyata keçirir.

Seçilən
68
metbuat.az

1Mənbələr