AZ

Qrenlandiyaya təhlükə yaranarsa... AB dən ABŞ a xəbərdarlıq

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avropa Birliyi (AB) ölkələri Qrenlandiya ətrafındakı vəziyyətin inkişaf ssenarilərini və Amerika tərəfindən Danimarkaya məxsus adanın mənimsənilməsi ilə bağlı bəyanatlar real olduğu təqdirdə ehtimal olunan cavab tədbirlərini müzakirə ediblər.

Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyinin ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas deyib.

"Danimarka Amerika Birləşmiş Ştatlarının müttəfiqi olduğuna görə, bütün bu bəyanatlar dünyada sabitliyə kömək etmir. Beynəlxalq hüquq bu məsələləri çox aydın şəkildə tənzimləyir və biz ona əməl etməliyik, çünki bu, kiçik ölkələri qoruyan yeganə şeydir", - deyə Kallas bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
70
1
axar.az

2Mənbələr