AZ

İranla münasibətlərə böyük əhəmiyyət veririk - Mirzoyan

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-İran siyasi məsləhətləşmələri üçün Yerevanda olan İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançini qəbul edib.

"Ölkə.az" xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin inkişafı müzakirə olunub. Tərəflər münasibətləri strateji səviyyəyə qaldırmaq üçün əldə edilən siyasi razılaşmadan bəhs edib və bu istiqamətdə görülən işlərə toxunublar.

"Biz, şübhəsiz ki, qonşumuz və dostumuz İranla münasibətlərə böyük əhəmiyyət veririk. Əslində, bu, bizim üçün strateji bir münasibətdir. Prezident Pezeşkiyan və Baş nazir Paşinyanın bu il münasibətlərimizi rəsmi olaraq strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığa gəlmələri təsadüfi deyil", - Mirzoyan bildirib.

Elvin

Ölkə.az

Seçilən
79
1
olke.az

2Mənbələr