AZ

Bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Yasamal rayonunun bir hissəsində qaz olmayacaq.

 

Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

 

"Təmir-bərpa işləri ilə əlaqədar Yasamal rayonunun M.Şərifzadə, A.Abbasov, X.Mustafayev, H.Zərdabi, X.Dadaşov, V.Əliyev, Z.Kərimov, N.Hikmət və 7-ci ,8-ci, 9-cu Sallaqxana küçələrinin qaz təchizatında yanvarın 9-da saat 10:00-dan etibarən müvəqqəti fasilə yaranacaq", - məlumatda qeyd olunub.

Tarix: 8 Yanvar 2026, 23:37   
Seçilən
83
33
pravda.az

10Mənbələr