Minnesota ştatının Minneapolis şəhərində baş verən insidentdə 37 yaşlı ABŞ vətəndaşı, şair Rene Gud öldürülüb. Hadisə immiqrasiya və gömrük xidməti (ICE) əməkdaşlarının fəaliyyətinə etiraz edən aksiya zamanı baş verib.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi hadisəni “daxili terror aktı” kimi qiymətləndirib, ICE əməkdaşlarının atəş açmasını isə özünü müdafiə adlandırıb. Prezident Donald Tramp da qadının “qəsdən və aqressiv şəkildə” ICE əməkdaşına hücum etdiyini bildirib.
BBC qeyd edir ki, hadisəni çəkən videoda avtomobilin üzərinə hücum görünmür. Görüntülərdə ICE əməkdaşları maşına yaxınlaşır, qadından çıxmağı tələb edir, qapıdan tutan agent isə avtomobil hərəkət etməyə başlayanda atəş açır.
Minneapolis meri Ceykob Frey və Minnesota qubernatoru Tim Uolz federal açıqlamaları təkzib edib, insidentin tam və ədalətli araşdırılacağını bildiriblər.
Rene Gudun anası və keçmiş əri qeyd edirlər ki, qadın həmin gün yalnız oğlunu məktəbə aparmış və evə qayıdırmış, aksiya ilə əlaqəsi olmayıb.