AZ

UEFA “Bavariya”nı belə cəzalandırdı

UEFA İntizam Komitəsi Almaniyanın “Bavariya” klubuna tribuna bağlamaq cəzası verib.

KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bundesliqa təmsilçisinin cəzalanmasına ötən ilin dekabr ayında UEFA Çempionlar Liqasında “Sportinq”ə (Portuqaliya) qarşı keçirilən ev oyununda azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub.

Qərara əsasən, “Bavariya”nın ev oyunlarını keçirdiyi “Allians Arena” stadionunun Cənub tribunası Çempionlar Liqasında “Yunion”a (Belçika) qarşı növbəti matçda azarkeşlər üçün bağlı olacaq.

Bundan əlavə, klub 50 min avro məbləğində cərimələnib.

Seçilən
102
7
konkret.az

8Mənbələr