Bakı şəhərində metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın başlayıb.
"Unikal" xəbər verir ki, yanğınla əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülür. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.