AZ

Trampın Qrenlandiya planı bəlli oldu

Tramp administrasiyası Qrenlandiyanın Danimarkadan ayrılması üçün yerli sakinlərə 10 - 100 min dollar arasında birdəfəlik ödəniş etməyi nəzərdən keçirir. Metbuat.az xəbər verir ki, ödənişlərin dəqiq məbləği hələlik müəyyən edilməyib. "Reuters" agentliyinin məlumatına görə, ödənişin hansı mexanizmlə həyata keçiriləcəyi hələlik açıqlanmayıb.

Qeyd edək ki, Tramp administrasiyası Qrenlandiyanın ABŞ-nin təhlükəsizliyi üçün vacib ərazi olduğunu bəyan edib. Avropa liderləri birgə bəyanatda Danimarkaya dəstəklərini ifadə edərək, Qrenlandiyanın öz xalqına məxsus olduğunu və sərhədlərin toxunulmazlığı prinsipinə hörmət edilməli olduğunu bildiriblər.

Seçilən
67
metbuat.az

1Mənbələr