Yazını böyüt
Yazını kiçilt
Xətai rayonunda yerləşən yaşayış binasında baş verən yanğın zamanı xəsarət alan şəxsin kimliyi məlum olub.
Hafta.az xəbər verir ki, xəsarət alan şəxs yanğının baş verdiyi mənzildə kirayəçi kimi yaşayan Türkiyə vətəndaşı, 41 yaşlı Ahmed Gökdumandır.
Məlumata görə, o, yanıq xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, yanğın baş verən zaman Ahmed Gökduman mənzildə yatmış vəziyyətdə olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına əsasən, yanğına səbəb ilkin ehtimalla elektrik şitindəki nasazlıq olub. /globalinfo.az/