AZ

Rusiya ordusu kütləvi HÜCUMA KEÇDİ

Yanvarın 8-i axşam saatlarında ballistik raket buraxılışı təhlükəsi səbəbindən Ukraynada genişmiqyaslı hava hücumu xəbərdarlığı verilib.

Publika.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Kiyev Şəhər Hərbi Administrasiyasının "Telegram" kanalına və Ukrayna Hərbi Hava Qüvvələrinə istinadla məlumat yayıb.

"Kiyevdə PUA-ların hücum təhlükəsi ilə əlaqədar hava hücumu xəbərdarlığı elan edilib. Şəhər sakinlərini dərhal sığınacaq axtarmağa və xəbərdarlıq bitənə qədər orada qalmağa çağırırıq", - deyə saat 23:28-də verilən açıqlamada bildirilir.

Bir neçə dəqiqə ərzində həyəcan siqnalı bütün Ukraynaya yayılıb. Monitorinq kanalları qitələrarası ballistik raketin - "Oreshnik" raketinin buraxılması təhlükəsi barədə məlumat verib.

Hazırda Ukrayna Hərbi Hava Qüvvələri də ballistik silahların istifadəsi təhlükəsi ilə bağlı məlumatı təsdiqləyib.

Seçilən
92
publika.az

1Mənbələr