ABŞ prezidenti Donald Tramp İranda davam edən etirazlarla bağlı Tehrana açıq və sərt xəbərdarlıq edib.
Tramp bildirib: “Əgər etirazlar zamanı nümayişçilərin öldürülməsinə yol verilərsə, ABŞ buna çox ağır cavab verəcək”.
Amerika lideri İrandakı vəziyyətin son dərəcə gərgin olduğunu vurğulayıb: “Bunu demək istəmirdim, amma deyəcəyəm — onların vəziyyəti yaxşı deyil. Onlar çox pis durumdadırlar. Mən onlara açıq şəkildə bildirmişəm ki, əgər insanlar öldürülməyə başlasa — hansı ki, etirazlar zamanı bunu tez-tez edirlər — biz onları çox sərt şəkildə vuracağıq”.
//musavat.com