AZ

Ukraynada Lvov vilayətində obyektlərə zərbələr endirilib

BAKI, 9 yanvar. TELEQRAF

Ukraynanın Lvov vilayətində bir sıra obyektlərə zərbələrin endirildiyi barədə məlumat yayılıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın "STRANA.ua" nəşri məlumat yayıb.

Məlumata görə, yaranan alov və işıq selini Lvov vilayətində yerləşən "Buysk" yaşayış məntəqəsindən də görmək mümkün olub.

Qeyd edək ki, daha əvvəl Dnepropetrovsk vilayətində, eləcə də Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Zaporojye vilayətinin bəzi ərazilərində elektrik enerjisinin verilməsində problemlər yarandığı bildirilmişdi.

Seçilən
66
teleqraf.com

1Mənbələr