Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Suriyanın keçid hökumətinə tabe olan daxili təhlükəsizlik qüvvələrinin xüsusi təyinatlı bölmələri Hələb şəhərinin şimalında kürdlərin yaşadığı məhəllələrdə əməliyyata başlayıb.
APA xəbər verir ki, bu barədə "Syria TV" telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, qüvvələr Hələbin Əşrəfiyyə və Şeyx Maksud məhəllələrinə stabilliyin bərpası və şəhər sakinlərinin kürd “Suriya Demokratik Qüvvələri” ilə əlaqəli silahlı qruplardan qorunması məqsədilə daxil olub
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.