AZ

Rusiyanın Kiyevə PUA hücumu nəticəsində ölən və yaralananlar var

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yanvarın 8-i axşam saatlarından etibarən Rusiya qüvvələri Kiyevi pilotsuz uçuş aparatları və raketlərlə kütləvi şəkildə atəşə tutub.

APA "Unian"a istinadən xəbər verir ki, paytaxtda partlayışlar qeydə alınıb, dağıntılar var.Kütləvi raket hücumu və kritik infrastrukturun zədələnməsi nəticəsində Kiyevdə su təchizatında fasilələr yaranıb.

Kiyev meri Vitali Kliçkonun məlumatına görə, paytaxtda dörd nəfər ölüb, 13 nəfər yaralanıb. O bildirib ki, xəsarət alanlardan səkkizi xəstəxanaya yerləşdirilib, onların üçü tibb işçisidir.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun açıqlamasına əsasən isə paytaxtda xəsarət alanların sayı 16 nəfərə çatıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
1
apa.az

2Mənbələr