Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp ABŞ Silahlı Qüvvələrinin Nigeriya ərazisinə yenidən zərbələr endirə biləcəyini istisna etməyib.
APA xəbər verir ki, Tramp bu barədə "The New York Times" qəzetinə müsahibəsində bildirib.
Ötən ilin dekabrında həyata keçirilmiş hücuma toxunan Tramp deyib:“Mən bunun birdəfəlik zərbə olmasını istərdim. Amma əgər onlar xristianları öldürməyə davam etsələr, bu zərbələr dəfələrlə endiriləcək”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.