AZ

“Real Madrid” və “Barselona” ardıcıl dördüncü dəfə İspaniya Superkubokunun finalında qarşılaşacaqlar

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

“Real Madrid” İspaniya Superkubokunun yarımfinalında “Atletiko Madrid”i 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz bildirir ki, yanvarın 11-də keçiriləcək finalda “Real Madrid” “Barselona” ilə oynayacaq.

“Barselona” Superkubokun yarımfinalında “Atletik Bilbao”nu 5:0 hesabı ilə məğlub edib.

Beləliklə, bu komandalar turnirin finalında ardıcıl dördüncü dəfə qarşılaşacaqlar.

Əvvəlki üç oyundan ikisində “Barselona”, birində isə “Real Madrid” qalib gəlib.

İspaniya Superkubokunun hazırkı qalibi “Barselona”dır. Onlar keçənilki finalda “Real Madrid”i 5:2 hesabı ilə məğlub ediblər.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
1
icma.az

2Mənbələr