AZ

Böyük Britaniyada "X" (Twitter) qadağan edilə bilər

Britaniyanın tənzimləyici qurumu olan Ofcom, Baş nazir Kir Starmerin tapşırığı ilə "X" platformasına qarşı sanksiyalar, o cümlədən tam bloklanma variantını nəzərdən keçirir.

Buna səbəb platformanın Grok süni intellekt çatbotu vasitəsilə məşhurların, o cümlədən Uels şahzadəsi Ketrinin və nazirlərin saxta "açıq-saçıq" (deepfake) görüntülərinin yaradılmasıdır.

Britaniya hökuməti "Onlayn Təhlükəsizlik Aktı" (Online Safety Act) çərçivəsində sosial şəbəkələri məsuliyyətə cəlb etmək üçün geniş səlahiyyətlərə malikdir.

İlon Mask və Kir Starmer arasındakı münasibətlər hələ 2024-cü ildə Britaniyadakı iğtişaşlar zamanı gərginləşib.

İndi isə kral ailəsinin və dövlət rəsmilərinin nüfuzuna toxunan süni intellekt məsələsi platformanın Britaniya bazarından tamamilə silinməsi və ya milyardlarla funt-sterlinq cərimə olunması ilə nəticələnə bilər.

N.Təbrizli

Seçilən
98
anews.az

1Mənbələr