AZ

Suriya MN Hələbdə atəşkəs elan etdi

Suriya ordusu Hələbdə vəziyyətin gərginliyini azaltmaq məqsədilə atəşkəs elan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Hələbin Şeyx Məqsud, Əşrəfiyyə və Bani-Zeyd rayonlarında atəşkəs tətbiq olunacaq. Silahlı qruplar yerli vaxtla səhər saat 3:00-dan etibarən ərazini tərk etməlidirlər. Suriya ordusu müşayiət və təhlükəsiz keçid təmin etməyə sadiqdir", - deyə nazirliyin "Telegram" kanalında yayımlanan açıqlamasında bildirilib.

Seçilən
57
2
bakivaxti.az

3Mənbələr