AZ

Bu məktəbdə dərslər dayandırıldı

2024-2025-ci tədris ilində Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin Salyan rayonu Ataxan Sadıqov adına Aşağı Noxudlu kənd tam orta ümumtəhsil məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı rəyi nəzərə alınaraq məktəbin şagirdləri və işçilərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədris prosesi müvəqqəti dayandırılıb.

Publika.az xəbər verir ki, bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən tədris prosesi 2–3 km məsafədə yerləşən Yuxarı Noxudlu kənd tam orta ümumtəhsil məktəbində davam etdirilib, şagirdlərin müvafiq nəqliyyat vasitələri ilə daşınması təmin edilib.

2025-ci il dekabrın 26-da Yuxarı Noxudlu kənd tam orta ümumtəhsil məktəbində dərs saatları başa çatdıqdan sonra binanın bəzi sinif otaqlarında tavanın suvaq qatının yerə tökülməsi halları qeydə alınıb. Hadisə ilə bağlı Regional Təhsil İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin məsul əməkdaşları tərəfindən məktəb binasına baxış keçirilib və tədris prosesinin davam etdirilməsinin təhlükəli olduğu bildirilib.

Seçilən
84
5
publika.az

8Mənbələr