AZ

Tacikistanda zəlzələ baş verib

BAKI, TurkicWorld

Tacikistanda 5,3 bal gücündə zəlzələ baş verib.

TurkicWorld xəbər verir ki, yeraltı təkanlar paytaxt Düşənbə sakinləri tərəfindən bir neçə saniyə ərzində zəif şəkildə hiss olunub.

Zəlzələnin episentri Tacikistanın şərqində yerləşən Dağlıq Bədəxşan Muxtar Vilayətinin ərazisində olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Seçilən
49
2
turkic.world

4Mənbələr