AZ

Fuxsla puç olan ümid

futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Qəbələ”nin mövsümün əvvəlində heyətinə qatdığı Jondo Fuxs klubun uğursuz transferləri siyahısına düşüb.

Futbolpress.az-ın məlumatına görə, heyətin təcrübəli adlarından olan kamerunlu yarımmüdafiəçi özünü doğrulda bilməyib. “Qırmızı-qara” formada cəmi 4 oyuna çıxan futbolçu fərq yarada bilmir. Bir müddətdir zədəli olan Fuxsun “Qəbələ” karyerası uğursuzluq fonunda çox çəkməyəcək.

Daha əvvəl Fransada “Soşo”, İspaniyada “Alaves”, Şotlandiyada “Dandi Yunayted”, İngiltərədə “Piterbro”, İsraildən “Bney Saxnin”də çıxış etmiş futbolçunun “transfermarkt”da dəyəri 250 min avrodur.

“Qəbələ” yeni mövsümə hazırlıqlarına yanvarın 4-dən start verib. Komanda 13-dək Qəbələdə, daha sonra isə 14-18 yanvarda Bakıda toplanış keçəcək. Toplanış çərçivəsində 3 yoxlama oyunu keçirəcək “Qəbələ” yanvarın 10-da “Kəpəz”lə, 14-də “Araz Naxçıvan”la, 18-də “Baku Sportinq”lə üz-üzə gələcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
futbolpress.az

1Mənbələr