AZ

Üsyan daha da qızışacaq

Xalqcebhesi saytından alınan məlumata görə, ain.az bildirir.

İrandakı son hadisələr qanlı molla rejiminin süqutunun başlanğıc mərhələsinə daxil olunduğunu göstərir. Rusiya təyyarələrinin İrandan rejim başçılarının qızıllarını daşıdığı haqda da məlumatlar var. Vaxtilə şah da tonlarla qızılı sığındığı ABŞ-a qaçırtmışdı. Lakin bu uçuşlar zənginləşdirilmiş nüvə ehtiyyatları ilə də bağlı ola bilər.

Xalqcebhesi.az xəbər verir ki, bunu ilahiyyatçı Tural Irfan deyib.

O, qeyd edib ki, etirazçıların törətdiyi hadisələr o mərhələyə gəlib çatıb ki, rejim onları kütləvi şəkildə cəzalandırmağa çalışsa üsyan daha da qızışacaq. Heç bir müqavimət göstərməsə də eyni nəticə olacaq. Öz-özünə yaxud prezidentin müraciəti ilə də sakitləşəcəklərinə ehtimal azdır. ABŞ və İsrailin çaxnaşdırması da aktiv şəkildə davam edəcək. Təbii ki, bunu molla rejiminin özü istədi. Daha doğrusu ABŞ və İsraili məcbur edərək buna təhrik etdi. Hazırda İran xalqı vaxtilə haqlarını əlindən alan şah sülaləsinin belə qayıtmasına razıdır, yetər ki, zalım rejim dəf olsun. Hətta rejimin yerinə Yezidin belə dirilib hakim olmasına razı olacaq dərəcədə beziblər:

"Əsasən farsların şah tələbi ilə türklərlə kürdlərin milli azadlıq tələbi vəziyyəti daha da mürəkkəbləşdirəcək, etirazçıları parçalayacaq. Bu, rejim çökdüyü halda İranın parçalanmasına da gətirə bilər.

Yaxın günlərdə proseslərin həlledici mərhələyə çatdığını müşahidə etmək mümkün olacaq".

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
85
icma.az

1Mənbələr