AZ

Gürcüstan-Ermənistan sərhədi bağlandı

Gürcüstan Ermənistanla sərhəddə yollardan birini yük maşınları üçün müvəqqəti olaraq bağlayıb.

News365.az xəbər verir ki, bu barədə Gürcüstan Yol Departamenti məlumat verib.

“Axaltsixe-Ninotsminda beynəlxalq yolunda qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağandır”, - açıqlamada bildirilir.

Qərarın səbəbi çətin meteoroloji şəraitlə əlaqələndirilib.

Xatırladaq ki, bu səhər tezdən Lars şəhərinə giriş bütün nəqliyyat növləri üçün bağlanıb./Teleqraf 

Seçilən
70
4
news365.az

5Mənbələr