AZ

NBA-da daha üç oyun keçirilib, biri təxirə salınıb

Bakı, 9 yanvar, AZƏRTAC

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) daha üç qarşılaşma keçirilib.

AZƏRTAC xəbər verir ki, “Minnesota” doğma meydanda “Klivlend Kavalyers”ə 131:122, “Yuta Caz” “Dallas Maveriks”ə 116:114 hesabı ilə qalib gəlib. “İndiana Peysers” səfərdə “Şarlott Hornets”i üstələyib - 114:112.

“Çikaqo Bulls” - “Mayami Hit” oyunu isə parketdə rütubətin çox olması səbəbindən baş tutmayıb.

Bu nəticədən sonra Qərb Konfransının turnir cədvəlində “Minnesota” 4-cü, “Dallas Maveriks” 11-ci, “Yuta Caz” 13-cü pillədə qərarlaşıb. Şərq Konfransında isə “Klivlend Kavalyers” 8-ci, “Şarlott Hornets” 12-ci, “İndiana Peysers” 15-ci sırada yer alıb.

Seçilən
30
azertag.az

1Mənbələr