AZ

"Maduro əməliyyatı" İranda da mümkündür? - Təhlükəsizlik eksperti DANIŞDI

Son günlər ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyat, yəni ölkə başçısı Nikolas Maduro və onun həyat yoldaşının gecə saatlarında yataqlarında həbs edilərək ABŞ-yə aparılması ilə bağlı yayılan məlumatlardan sonra cəmiyyətdə yeni müzakirələr yaranıb. Bu fonda müəyyən dairələrdə belə iddialar səsləndirilir ki, ABŞ oxşar ssenarini gələcəkdə başqa ölkələrdə, xüsusilə də İranda tətbiq edə bilər.

Bu baxımdan sual yaranır: ABŞ-nin Venesuelada keçirdiyi bu əməliyyatın analoji formada İranda da həyata keçirilməsi mümkündürmü? Belə bir ssenari çərçivəsində İranın ali dini liderinə qarşı da yataqda həbs və ölkədən çıxarılma kimi bir addım atıla bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert, polkovnik Seymur Şeydayev bildirdi ki, ABŞ-nin Venesuelada keçirdiyi əməliyyatı, yəni ölkə başçısı Maduronun və həyat yoldaşının yataqdaca həbs olunub Amerikaya gətirilməsi planını İrana tətbiq edilməsinə inanmır:

Müsahibimiz hesab edir ki, xarici müdaxilə olacağı təqdirdə, bu, fərqli üsullarla reallaşdırıla bilər. Polkovnikin sözlərinə görə, İranın milli tərkibinin müxtəlifliyi belə ssenarilər üçün münbit zəmin yaradır.

Seçilən
4
demedia.az

1Mənbələr